9 C
Baku
Monday, November 18, 2024

Yaponiya Bankı 20 ildən sonra ilk dəfə yeni əsginaslar buraxıb

Yaponiya Bankı üç yeni əsginas buraxıb. Onlar üzərində iş adamı Şibusava Eyiçi, müəllim Tsuda Umeko və bakterioloq Kitasato Şibasaburo təsvir olunub. Əsginaslar 20 ildə ilk dəfədir ki, yenilənir.

Bildirilir ki, 10 000 yen (təxminən 62 dollar) əsginasda “yapon kapitalizminin atası” hesab edilən iş adamı Şibusava Eyiçi təsvir olunub. Əvvəllər əsginasda yapon filosofu və pedaqoq Yukiçi Fukuzava təsvir edilib.

Yenilənmiş 5000 yen əsginasda hazırda xaricdə təhsil alan ilk qadınlardan biri olan Tsuda Umeko təsvir edilib. O, ABŞ-də təhsil alıb və Tsuda Universitetinin əsasını qoyub.

Yeni 1000 yen əsgnasda tetanoz xəstəliyinin müalicəsini tapan və Kitasato Universitetinin əsasını qoymuş Şibasaburo Kitasato təsvir edilib.

Hökumət və Yaponiya Bankı 2025-ci ilin martına qədər təxminən 7.5 milyard yeni əsginas çap etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər