9 C
Baku
Friday, December 13, 2024

Yaponiya Bankı uçot dərəcəsini mənfi səviyyədə saxlayıb

Yaponiya Bankı uçot dərəcəsini yenidən mənfi 0.1 faiz səviyyəsində saxlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin yanvar iclasından sonra verdiyi açıqlamada deyilir.

İclasın yeddi iştirakçısı mənfi faiz nisbətini saxlamağın tərəfdarı, biri isə əleyhdarı kimi çıxış edib. Xatırladaq ki, Yaponiya Mərkəzi Bankı mənfi 0.1 faiz dərəcəsini 2016-cı ilin yanvar ayında tətbiq etmişdir.

Eyni zamanda, tənzimləyici 2021-ci ildə ÜDM-nin 5.6 faiz azalacağını proqnozlaşdırır. Bu, əvvəlki 5.5 faiz oktyabr ayı proqnozundan aşağıdır. 2020/2021 maliyyə ili üçün ÜDM-nin artım proqnozu 3.9 faiz təşkil edib.

Mütəxəssislərin sözlərinə görə, bu il Yaponiyada deflyasiya 0.5 faiz təşkil edəcək. Qeyd edək ki, oktyabr ayında bank bu il deflyasiyanın 0.6 faiz, gələn il isə 0.4 faiz səviyyəsində olacağını proqnozlaşdırmışdır.

Son xəbərlər
Digər xəbərlər