9 C
Baku
Monday, November 18, 2024

Yaponiya Bankı uçot faiz dərəcəsini mənfi səviyyədə saxlayıb

Yaponiya Bankı (Mərkəzi Bank) növbəti iclasında uçot faiz dərəcəsini yenidən -0.1 faiz səviyyəsində saxlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tənzimləyici həmçinin lazımi miqdarda dövlət istiqrazlarını almağı və 10 illik dövlət istiqrazları üzrə gəlirliliyi sıfıra yaxın səviyyədə hədəfləməyə davam etməyi planlaşdırır. Eyni zamanda, Mərkəzi Bank onillik dövlət istiqrazlarının gəlirliliyinin dəyişməsi üçün hədəf səviyyəsindən müsbət və mənfi 0.5 faiz bəndi müəyyən edib və əlavə edib ki, bu limitlər sərt çərçivə deyil və təlimat xarakteri daşıyır.

Yaponiya Bankı həmçinin, əsasən firmalar və maliyyə bazarları üçün maliyyə sabitliyini dəstəkləməyə davam etmək niyyətindədir və zəruri hallarda əlavə yumşaldıcı tədbirlərə hazır olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər