Yaponiya 2030-cu illərin ortalarına qədər benzin mühərrikli nəqliyyat vasitələrini satışdan tamamilə çıxarmağı planlaşdırır.
Banker.az xəbər verir ki, hal-hazırda bu məsələ ölkənin İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi tərəfindən müzakirə olunur.
Bildirildiyi kimi, 2030-cu illərin ortalarına qədər satışa buraxılan bütün yeni avtomobillər hibrid, elektrik və ya hidrogen mühərrikli olmalıdır.
Bu qərarın qəbul edilməsinə Yaponiyanın baş naziri Yoshihide Sugi təkan verib. O, 2050-ci ilə qədər istixana qazı tullantılarını sıfıra endirməyi planlaşdırır. Gözləndiyi kimi, İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi qarşılarına benzin mühərrikli nəqliyyat vasitələrini sıradan çıxarmaq hədəfini qoyub. Bu, maşın istehsalçılarını elektrik mühərrikli modellərin intensiv şəkildə inkişaf etdirilməsinə sövq edəcək.