9 C
Baku
Sunday, November 17, 2024

Yaponiya BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi üçün müraciət edib

Yaponiya Şimali Koreyanın raket buraxması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının keçirilməsi üçün müraciət edib.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda iclas razılaşdırılır və bu barədə danışıqlar aparılır.

Xatırladaq ki, dünən Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi ilə, ilk dəfə olaraq, bərk yanacaqla çalışan “Hvason-18” (Hwaseong-18) qitələrarası ballistik raketi buraxılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər