7 C
Baku
Wednesday, February 5, 2025

Yaponiya bu avtomobillərin Rusiyaya ixracını qadağan etməyi planlaşdırır

Yaponiya hökuməti mühərrikinin həcmi 1.9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etməyi planlaşdırır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Məlumata görə, qərar iyulda təsdiqlənəcək və avqustun əvvəlində qüvvəyə minəcək. Yaponiya hökuməti həmçinin Rusiyaya elektromobil və hibridlərin tədarükünü tamamilə qadağan etmək istəyir.

2022-ci ildə işlənmiş avtomobillər Yaponiyanın Rusiyaya ixrac etdiyi əsas mal olub – onlar ümumi ixracın 26%-ni təşkil edib. Ötən il Rusiyaya təxminən 250 milyard yen (1.8 milyard dollar) dəyərində 200 minə yaxın işlənmiş avtomobil gətirilib. Sanksiyaların sərtləşdirilməsindən sonra ixrac kiçik avtomobillərlə məhdudlaşacaq və onların pul ifadəsində dəyəri 100 milyard yenaya (720 milyon dollar) düşəcək.

Sanksiyalar Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq edilib. 2022-ci ilin aprelindən Yaponiya Rusiyaya premium avtomobillərin ixracını dayandırıb, fevral ayında isə Rusiyanın 48 fiziki və 73 hüquqi şəxsini sanksiya siyahısına daxil edib. Aprel ayından etibarən Yaponiyadan Rusiyaya polad, dron və aviasiya komponentlərinin ixracı qadağan edilib. Mayın sonunda Rusiyanın daha 17 fiziki şəxsi və 78 təşkilatı sanksiyalar siyahısına düşüb, məhdudiyyətlər “MegaFon” və “KamAZ” şirkətlərinə təsir edib.

Son xəbərlər
Digər xəbərlər