Yaponiya hökumətinin vətəndaşlara yardım proqramı çərçivəsində, Tokionun poçt şöbələrində qoruyucu maskalar pulsuz olaraq paylanır. Banker.az xəbər verir ki, bu barədə cümə günü (17 aprel) “Kyodo” məlumat verib.
Qeyd edildiyi kimi, hər bir ailəyə iki çox istifadəli maska paylanacaq. Ümumilikdə may ayının sonuna qədər 50 milyon ailənin təmin edilməsi planlaşdırılır.
Qeyd edək ki, hökumət orqanlarının 46,6 milyard yen (431 milyon dollar) başa gələn 100 milyon maska paylamaq təşəbbüsü, tənqidçilər tərəfindən kinayə ilə qarşılanıb. Belə ki, onlar çox istifadəli maskaların effektivliyinə şübhə edirlər və bu proqramı pul israfı adlandırırlar.
Xatırladaq ki, aprelin 7-si Yaponiyada fövqəladə vəziyyət elan olunmuşdu.