12 C
Baku
Monday, November 25, 2024

Yaponiya iqtisadiyyatının xüsusiyyətləri

İkinci dünya müharibəsi başa çatdıqdan sonra bu ölkə digər inkişaf etmiş və sənayeləşmiş ölkələrdən istehsal templərinin sürətli artımı və həmçinin əmək məhsuldarlığına görə seçilirdi. 50-ci illərdən 80-ci illərə qədər olan müddətdə Yaponiyada bu göstəricilərin artım tempi digər ölkələrdəki analoji göstəriciləri iki dəfə üstələyirdi.

Həmin müddət ərzində Yaponiyada ümum daxili məhsul göstəriciləri 1950% artmışdı, bu da ümum daxili məhsul göstəricilərinin orta illik artım tempinin 7,7% olması ilə izah olunur. Yeri gəlmişkən, bu artım tempi həmin dövrdə kifayət qədər aktiv inkişaf edən Birləşmiş Ştatların göstəricilərini dörd dəfə üstələyirdi, əgər Britaniya ilə müqayisə etsək, Yaponiyanın artım tempi dumanlı Albionu 7,7 dəfə geridə qoyurdu.

Ölkə tarixində yalnız iki dəfə Yaponiya iqtisadiyyatı (1975-ci ildə və daha sonra 1993-cü ildə) ÜDM səviyyəsində növbəti azalma ilə üzləşməli oldu.

Bir qayda olaraq, iqtisadi dövrlərin aşağı fazalarında burada yalnız yapon ÜDM-in artım göstəricilərində nisbi azalma tempi müşahidə olunurdu.

Yaponiyanın iqtisadi artım tempindəki bu stabillik və dayanıqlılıq xüsusiyyətlərinə nail olmağının mümkünlüyünün vacib bir səbəbi qismində bütün dövlət iqtisadiyyatı səviyyəsində keçirilən islahatları göstərmək olar, bunun sayəsində kapitalın həddindən artıq yığılması prosesini tarazlaşdırmaq mümkün olmuşdur.

Bundan əlavə, ölənin iqtisadi artım templəri üzrə belə uzunmüddətli üstün mövqeyə malik olmasını həm də onun istehsalat güclərində irimiqyaslı yeniliklərlə izah etmək olar. Axı bütün bu proseslər dövlətin ümumi sosial və iqtisadi strukturlarında nəzərə çarpacaq qədər irəliləyişlərlə müşayiət olunub.

Əgər Yaponiya iqtisadiyyatının hazırkı perspektivləri barədə danışsaq, onları kifayət qədər optimistik adlandırmaq olar, xüsusən də yaponların daima öz siyasi və iqtisadi mövqelərini gücləndirməyə can atmalarını nəzərə almaq lazımdır və bu siyasət ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilir, Yaponiya Sakit Okean və Asiya regionunda çox güclü mövqeyə malikdir.

Son xəbərlər
Digər xəbərlər