Banker.az Azvision.az istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati bəyan edib. Bildirib ki, digər ölkələr kimi, Yaponiya da ABŞ-ın sanksiyalardan verdiyi möhlətdən istifadə etməyə başlayıb.
“Çin, Cənubi Koreya, Hindistan və Türkiyədən sonra, Yaponiya da İran neftinin idxalı prosesinə başlayıb” – Hemmati vurğulayıb.
Qeyd edək ki, 2018-ci ildə Yaponiyanın ümumi xam neft idxalının 5,3 faizini İran nefti təşkil edib.
İrana qarşı enerji sanksiyaları 2018-ci ilin 4 noyabrında qüvvəyə minməzdən öncə ABŞ 8 ölkəyə – Çin, Tayvan, Hindistan, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan və Yaponiyaya sanksiyalardan 180 günlük möhlət verib. Vaşinqton bu addımı dünya neft bazarında qiymət sıçrayışının qarşısını almaq məqsədilə atdığını deyib.