1 C
Baku
Saturday, December 14, 2024

Yaponiya Mərkəzi Bankı fond bazarını sabitləşdirmək üçün təcili tədbirlər görəcək

Yaponiya Mərkəzi Bankı yeni koronavirusun yayılması ilə əlaqədar fond bazarında yaranan vəziyyəti sabitləşdirmək üçün təcili maliyyə tədbirlərini görəcək.

Banker.az xəbər verir ki, bu haqda Mərkəzi Bankın rəhbəri Haruhiko Kuroda Tokio iqamətgahında keçirilən görüşdə məlumat verib.

“Biz bazarlardakı vəziyyəti müzakirə etdik, – deyə Kuroda milli televiziyada canlı yayımda bildirir. – Lazım gələrsə, Yaponiya Bankı təcili tədbirlər görəcəkdir”.

Xatırladaq ki, dünyada koronavirusun yayılması ilə əlaqədar Tokio fond birjasının əsas göstəriciləri, demək olar ki, 5% düşüb.

Yaponiyada ümumilikdə 1,3 min yoluxma halı qeydə alınıb, 20 nəfər dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun pandemiyaya çevrildiyini elan edib. Qeyd edildiyi kimi, hal-hazırda koronavirus dünyanın 114 ölkəsində qeydə alınıb, virusa 118 mindən çox insan yoluxub.

Son xəbərlər
Digər xəbərlər