15 C
Baku
Saturday, April 20, 2024

Yaponiya müdafiəyə $290 milyarddan çox vəsait xərcləyəcək

Yaponiya hökuməti qarşıdakı 5 il ərzində ölkənin müdafiə qabiliyyətini artırmaq üçün 40 trilyon yendən yuxarı (290 milyard dollardan çox) vəsait xərcləməyi planlaşdırır.

Məlmata görə, hazırda müvafiq plan nəzərdən keçirilir. Yaponiya hakimiyyəti hər il ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləməyi düşünür.

Bildirilir ki, ölkənin Müdafiə Nazirliyi 2023-cü maliyyə ili üçün 5.59 trilyon yendən (təxminən 40 milyard dollardan) çox büdcə tələb etməyi planlaşdırır. Bu tələb təsdiqlənərsə, Tokionun hərbi xərcləri cari illə müqayisədə 4%-dən çox artacaq. Nəticədə, hərbi ayırmaların yekun həcmi ən azı daha 1 trilyon yen çoxalacaq və 6.5 trilyon yen (45 milyard dollar) həddini keçəcək. Bu vəsaitlərin, xüsusən də, uzaq mənzilli raketlərin, hücum dronlarının və hipersəs sistemlərini ələ keçirə bilən yeni raketdən müdafiə sistemlərinin hazırlanmasına və kütləvi istehsalına yönəldilməsi nəzərdə tutulur.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər