-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiya NATO-ya daxil olmağı planlaşdırmır

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.

Bu barədə Baş nazir Fumio Kisida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib.

“Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”, – o vurğulayıb.

Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin indiyə qədər heç bir qərar qəbul edilməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər