-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiya nüvə siyasətində dəyişiklik edir

Yaponiya hökuməti enerji böhranının öhdəsindən gəlmək üçün nüvə siyasətində dəyişikliyi təsdiqləyib.

Qəbul edilmiş enerji proqramına əsasən, ölkə istismardan çıxarılan nüvə reaktorlarını modernləşdirmək, eləcə də mövcud olanların ömrünü uzatmaq niyyətindədir.

Ölkənin nüvə enerjisinin gələcəyi ilə bağlı siyasətində kəskin dönüş baş nazir Fumio Kisidanın avqust ayında Yaponiyanın yeni nəsil reaktorların inkişafını nəzərdən keçirəcəyini və ilin sonuna kimi Sənaye Nazirliyinə nüvə enerjisindən istifadənin genişləndirilməsi üçün siyasət planı hazırlamağı tapşıracağını söylədikdən sonra baş verib.

Bundan əvvəl, keçən il Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş strateji enerji planına əsasən, Yaponiya nüvə enerjisindən asılılığını mümkün qədər azaltmağa çalışacaqdı.

Sənaye Nazirliyi tərəfindən təsdiqlənən yeni siyasət, mövcud nüvə reaktorlarının 60 illik limitdən artıq işləməsinə imkan verəcək.

Enerji planının əlavə təfərrüatları gələn il parlamentdə müzakirə olunacaq. 2021-ci ildə nüvə enerjisi Yaponiyanın enerji kompleksinin 3.9%-ni təşkil edib və hökumət 2030-cu ilə qədər onun payını 22%-ə çatdırmağı hədəfləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər