34 C
Baku
Wednesday, August 17, 2022

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yaponiya Xarici İşlər Nazirliyi Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq olunan hüquqi və fiziki şəxslərin siyahısının genişləndirildiyini açıqlayıb.

Bundan əlavə, neft emalı avadanlıqlarının Rusiyaya ixracı qadağa olunur.

Daha əvvəl dərc edilmiş siyahıya əlavə olaraq, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident administrasiyası rəhbərinin müavinləri Dmitri Kozak və Sergey Kiriyenko, Çeçenistan rəhbəri Ramzan Kadırov, rusiyalı iş adamları Əlişir Usmanov, Qennadi Timçenko, Arkadi və Boris Rotenberq Yaponiya sanksiyalarına məruz qalıb.

“İnternet Araşdırmaları Agentliyi” və “Vaqner” Özəl Hərbi Şirkəti də sanksiya siyahısına əlavə edilib.

Belarusun sanksiyalar siyahısı 12 fiziki və 10 hüquqi şəxslə genişləndirilib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər