7 C
Baku
Friday, November 29, 2024

Yaponiya Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Yaponiya Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları sərtləşdirir.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyahıya Yaponiyadakı aktivləri dondurulan Rusiyadan olan 17 fiziki şəxs və 78 təşkilat daxildir.

Həmçinin 80 təşkilat üçün ixrac məhdudiyyətləri tətbiq edilir.

Bir sıra Rusiya hərbçilərinə, o cümlədən Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı Mixail Zuskoya və Rusiya Quru Qoşunlarının Raket və Artilleriya Qüvvələrinin rəisi Mixail Matveevskiyə qarşı sanksiyalar tətbiq edilir.

İxrac məhdudiyyətləri, xüsusən də Təkmil Araşdırmalar Fonduna, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə, Avtomatika Konserni Səhmdar Cəmiyyətinə, “KamAZ” şirkətinə tətbiq olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər