-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq

Yaponiya gələn həftənin əvvəlində Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq.

Bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Tokioda keçirilən mətbuat konfransında bildirib.

“Gələn həftənin əvvəlində (Rusiyaya) zinət əşyalarının ixracına da qadağa qoyulacaq. Bundan əlavə, Rusiyanın sanksiyalardan yayınmaması məqsədilə kriptovalyutalar sahəsində qanunvericiliyə dair sənədlər layihəsini parlamentə təqdim etməyə hazırlaşırıq”, – o deyib.

Yosimasa Hayasi digər G7 ölkələri kimi, Rusiyaya qarşı sanksiyaların tətbiqini zəruri hesab etdiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Yaponiya Xarici İşlər Nazirliyi 25 rusiyalı və 81 Rusiya təşkilatına qarşı yeni sanksiyalar paketi tətbiq etdiyini elan edib.

Bununla da Yaponiyanın sanksiyalar siyahısına artıq Rusiya ilə bağlı 101 şəxs və 130 təşkilat daxildir.

Rusiya Xarici İşlər Nazirliyi də bazar ertəsi bildirib ki, Moskva Tokionun bu addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edir, Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız səfərlərini dayandırır və Kuril adalarının cənub hissəsində Yaponiya ilə ortaq təsərrüfat fəaliyyəti qurmaq ilə bağlı dialoqdan geri çəkilir.

Son xəbərlər
Digər xəbərlər