Yaponiyanın Rusiyadakı səfiri Yaponiya hökumətinin Ukraynaya hərbi texnikanın çatdırılmasına başlamaq qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiyanın Ukraynaya hərbi texnika tədarük etmək qərarı Kiyev rejiminin insan itkilərinin sayının eskalasiyasına və daha da artmasına gətirib çıxarır. Yaponiyanın Ukraynaya hərbi texnika tədarük etmək qərarı Rusiya ilə münasibətləri daha da təhlükəli çıxılmaz vəziyyətə salır və bu, nəticəsiz qalmayacaq”, – deyə Rusiya XİN-dən bildirilib.