14 C
Baku
Saturday, November 23, 2024

Yaponiya Şimali Koreyaya növbəti raket buraxılışına görə etiraz edib

Yaponiya hökuməti cümə axşamı Yapon dənizinə iki ballistik raket atmasına görə KXDR-ə etiraz edib.

Bu barədə müdafiə naziri Yasukazu Hamada Tokioda jurnalistlərə bildirib.

“Biz Pekində diplomatik kanallar vasitəsilə kəskin etirazımızı bildirdik. Bu cür hərəkətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, – deyə o bildirib.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 24-cü raket sınağıdır.

Bundan əvvəl oktyabrın 4-də Pxenyanın buraxdığı raket Yaponiya üzərindən keçmişdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər