-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

Yaponiya hökuməti Şimali Koreyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edəcək.

Bu barədə qərar Yaponiya Nazirlər Kabinetinin dekabrın 2-də keçirilən iclasında qəbul olunub. Bildirilir ki, bu qərarın qəbuluna səbəb həmin ölkənin həyata keçirdiyi son raket sınaqlarıdır. Belə ki, son aylarda Şimali Koreya tərəfindən çoxlu sayda raket sınaqları, o cümlədən uzaq mənzilli ballistik raketlərin buraxılışı olub.

Qərara əsasən, Şimali Koreyanın bu sınaqlarla aidiyyəti olan üç qurumunun və bir fiziki şəxsin Yaponiyadakı aktivləri dondurulacaq. Həmin qurumların sırasında Yaponiyanın kriptovalyuta bazarına haker hücumu təşkil edən “Lazarus” şirkəti də var.

Şimali Koreyanın raket sınaqlarını tənqid edən Yaponiya Nazirlər Kabinetini baş katibi Hirokazu Matsuno bildirib ki, həmin sınaqlar yalnız Yaponiyaya qarşı deyil, həmçinin region ölkələri üçün təhdiddir və qətiyyən qəbuledilməzdir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər