2 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Sindzo Abenin dəfn mərasiminə $1.8 mln. xərcləyəcək

Yaponiya hökuməti keçmiş baş nazir Sindzo Abenin dəfn mərasiminə təxminən 250 milyon yen (1.8 milyon dollar) xərcləyəcək. Son məbləğ avqustun 26-sında, Nazirlər Kabinetinin iclasında təsdiqlənəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yaponiya hökumətinin gözləntilərinə görə, Sindzo Abenin dəfn mərasiminə 6.4 min insan iştirak edəcək. Mərasimdə Fransa Prezidenti Emmanuel Makron, ABŞ-ın vitse-prezidenti Kamala Harris və keçmiş prezidenti Barak Obama və digər yüksək vəzifəli şəxslər iştirak etməlidir.

Sindzo Abenin dəfn mərasimi sentyabrın 27-nə təyin edilib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mərasimdə iştirak etmək istəyəcəyi təqdirdə ölkəyə buraxılmayacaq. Sanksiyalara görə onun Yaponiyaya girişi qadağan edilib.

Son xəbərlər
Digər xəbərlər