Yaponiya şirkəti Zaqatalada 10 milyon dollarlıq tütünqurutma məntəqəsi açdı

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsinin iyulun 12-də rəsmi açılış mərasimi olub.

Banker.az xəbər verir ki, “Tet İnternational Development” MMC iki-üç il ərzində Azərbaycana tütünçülüyün inkişafı üçün 10 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

Qeyd edək ki, şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı bu il Zaqatala və Qax rayonlarında 53 fermerlə müqavilə bağlanılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər