Yaponiya Ukrayna üçün 40 milyon dollara enerji avadanlıqları alacaq.
Bu barədə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) teleqramda məlumat yayıb.
Transformator yarımstansiyaları üçün enerji avadanlıqlarının ilk tədarükü 2023-cü ilin ikinci yarısına planlaşdırılır.
Ukrayna hökuməti ilə arasında qrant sazişinə əsasən, yarımstansiyalar üçün avadanlıq alınaraq “Ukrenerqo”ya veriləcək.
Tədarüklər avadanlıqların istehsal müddətindən asılı olaraq 2025-ci ilə qədər davam etməlidir.
Bu günə qədər JICA Ukraynaya 30-dan çox generator ötürüb.
2023-cü ilin martında Ukrayna üçün fövqəladə vəziyyətin bərpası proqramının maliyyələşdirilməsi üçün ümumilikdə 22,44 milyard yapon yeni (təxminən 170 milyon ABŞ dolları) məbləğində qrant sazişi imzalanıb.