-1 C
Baku
Tuesday, February 25, 2025

Yaponiya Ukraynaya yeni yardım paketi ayırır

Yaponiya hökuməti Ukraynaya ümumi dəyəri 470 milyon dollar olan daha bir humanitar yardım paketi ayırmağa qərar verib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vurğulanır ki, vəsait xüsusilə minatəmizləmə və dağıntıların təmizlənməsi üçün lazım olan avadanlığın alınmasına, həmçinin infrastrukturun, o cümlədən Ukraynanın kənd təsərrüfatı sənayesi ilə bağlı bərpaya yönəldiləcək.

Ayrılan pul həm də hərbi əməliyyatlardan zərər çəkmiş ölkənin enerji sisteminin bərpasına sərf olunacaq.

Tokionun son bir ildə Kiyevə göndərdiyi humanitar yardımın ümumi məbləği 1.6 milyard dolları ötüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər