4 C
Baku
Tuesday, December 24, 2024

Yaponiya ultra yumşaq pul siyasətindən əl çəkmir – Yen yenidən ucuzlaşıb

Yaponiya Bankı (Mərkəzi Bankı – BOJ) cümə günü uçot faiz dərəcələrini neqativ zonada saxladı və ultra yumşaq pul siyasətində bir daha israrını nümayiş etirmiş oldu.

Banker.az xəbər verir ki,  BOJ resessiyanın möhkəm canlanma perspektivlərini zəiflətməsi ilə əlaqədar olaraq, pul siyasətini sərtləşdirən qlobal mərkəzi banklardan fərqli mövqedə dayanmış oldu.

Beləliklə, ölkədə uçot faiz dərəcəsi mənfi 0.10%-də sabit qalmış oldu. Ölkə iqtisadiyyatının stimullaşdırılması üçün Yapon Bankı 2016-cı ildən neqativ faiz dərəcələri tətbiq etməyə başlayıb.

Lakin Yapon Bankı 2024-cü ilə qədər qiymət proqnozlarına yenidən baxıb və inflyasiya təzyiqinin genişləndiyinə dair son işarələrə istinadla risklər barədə xəbərdarlıq etdi.

“Əmək bazarı sərtləşməyə və əmək haqqı təzyiqini tədricən gücləndirməyə davam edəcək” -deyə, BOJ rüblük hesabatında vurğulayır.

Yen Yapon Bankının qərarından sonra təxminən 0,4% ucuzlaşaraq, bir dollar üçün 146.90 yenə enib, lakin sonradan itkiləri geri qaytardı. Sonuncu dəfə 0.13% artaraq bir dollar üçün 146.10 olub.

USD/JPY ötən həftə 152 səviyyələrinə çatdıqdan sonra dərhal 150 səviyyəsindən aşağı düşüb. Bu da valyuta bazarına intervensiya ilə əlaqələndirir.

Bir növ Yapon Bankı investorları USD/JPY cütlüyündə alış etməkdən çəkindirmək üçün bu müdaxiləni edir. Yəni, investor başa düşməlidir ki, alış vurarsa itki ilə qarşılaşa bilər.

Son xəbərlər
Digər xəbərlər