9 C
Baku
Thursday, December 12, 2024

Yaponiya və ABŞ arasında “2+2” formatında ilk iqtisadi görüş iyulun sonlarında keçirilə bilər

Yaponiya və ABŞ arasında “2+2” formatında ilk iqtisadi müzakirələr iyulun sonlarında Vaşinqtonda aparıla bilər.

Bu barədə NHK telekanalı iyunun 9-da hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Yeni formatda təşkil ediləcək görüşdə hər iki tərəfdən xarici işlər nazirlərinin və iqtisadiyyata cavabdeh nazirlərin iştirak edəcəyi bildirilir.

Qeyd edilir ki, Yaponiyanın Baş naziri Fumio Kişidanın ABŞ Prezidenti Co Baydenlə cari ilin yanvarında keçirilən görüşü zamanı iki ölkə arasında “2+2” formatında iqtisadi müzakirələrin aparılması barədə razılıq əldə edilib. İki ölkənin rəsmi şəxslərinin ilk görüşünün iyulun 29-da Vaşinqtonda keçiriləcəyi qeyd edilir.

Görüşdə Yaponiya tərəfdən xarici işlər naziri Hayaşi Yoşimasa və iqtisadiyyat, ticarət və sənaye naziri Haqiuda Koiçi, ABŞ tərəfdən isə dövlət katibi Entoni Blinken və ticarət naziri Cina Raymondonun iştirak edəcəyi bildirilir. Onların bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəyi qeyd edilir. Əsa mövzuların qabaqcıl texnologiyalar sahəsində tədqiqatlar və birgə fəaliyyət, həmçinin yarımkeçiricilər istehsalı, iqlim dəyişmələri ilə mübarizə və iqtisadi təhlükəsizlik məsələlərinin olacağı bildirilir.

Yaponiya hökumətinin azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının inkişafı məqsədilə ABŞ-la iqtisadi əməkdaşlığı gücləndirmək niyyətində olduğu vurğulanır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər