Çərşənbə axşamı Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına görə, milli valyuta yeni dəstəkləmək üçün 6.35 trilyon yen ($48 milyard) dəyərində dollar sataraq, oktyabr ayında valyuta bazarına rekord intervensiyalar (müdaxilə) etdiyini təsdiqləyib.
Banker.az Reuters agentliynə istinadən xəbər verir ki, oktyabr ayının 21-də güclü intervensiya ilə məzənnə 32 ilin maksimumuna çatdıqdan sonra bir sessiyadan 151.94 səviyyəsinə qədər eniş edib. Ardınca isə 24 oktyabrda növbəti intervensiya edib.
“İntervensiyalar spekulyativ ticarətin yaratdığı həddindən artıq valyuta hərəkətlərinə qarşı yönəlmişdi və onların müəyyən təsirləri olub”- deyə maliyyə naziri Şiniçi Suzuki deyib.
O deyib ki, bazar hərəkətlərini diqqətlə izləməyə davam edəcəklər.
Suzuki, valyutaların iqtisadi əsasları əks etdirərək sabit hərəkət etməsinin vacib olduğunu və gələcək intervensiyanın tamamilə istisna edilmədiyini deyib.
Gizli intervensiya və ya bunu elan etmədən bazara sıçrayış etmək, Tokionun 22 Sentyabrda 24 ildən sonra ilk dəfə yenanı dollara almaq üçün müdaxilə etməsindən sonra baş verib.
Yaponiya yen məzənnəsi kəskin ucuzlaşmasının qarşısını almaq üçün sentyabrın 22-də 2.84 trilyon yen xərcləyərək oktyabrın 21-də yen alışı intervensiyasına bir günlük rekord 5.62 trilyon yen (4$2.5 milyard) və oktyabrın 24-də əlavə 730 milyard yen xərcləyib. Bu kəskin ucuzlaşma resurs çatışmazlığı olan Yaponiya üçün yaşayış xərclərini yüksəldib.
Buna sadə bir izah gətirək. Yapon Bankının ultra-yumşaq pul siyasətini əsas gətirib treyderləri yapon valyutasının dollar qarşısında ucuzlaşmasına mərc qoyur. Belə olan halda hökumət onları çəkindirmək üçün bu formada müdaxilələrə əl atır ki, investorlar spekulyasiyaya uyub, belə əməliyyatlara girməsinlər. Yəni treyder belə bir əməliyyat (USD/JPY üçün alış) edərsə onlar burada “yandıra bilərlər”.
Dollar o vaxtdan bəri 1 dollar 130 yen ətrafında hərəkət etmək üçün geri çəkildi, eyni zamanda Yaponiyanın avtomobil və elektronika ixracına mane ola biləcək yeni bahalaşma ilə bağlı bəzi narahatlıqlar yaradıb.
Yaponiya güclü yeni öncəki illərdə istəməyib və buna qarşı mübarizələrini nəzərə alsaq, Yaponiyanın yen alışı, dollar satışı ilə bağlı intervensiyaları nadir haldır.
Yaponiya hər ayın sonunda aylıq intervensiya qeydlərini dərc edir və əvvəlki rüb üçün gündəlik nəticələri dərc edir.
Son göstəricilərə görə, Yaponiyanın valyuta ehtiyatı hazırda $1.25 trilyondur.