7 C
Baku
Thursday, December 12, 2024

Yaponiyada inflyasiya son 42 ilin ən yüksək səviyyəsinə çatıb

Yaponiyada istehlak qiymətləri ötən ilin yanvar ayında 4.2% artıb ki, bu da 1981-ci ilin dekabrından bəri ən yüksək göstəricidir. Qiymətlərin qalxmasına səbəb enerji və ərzaq məhsullarının bahalaşması olub, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ötən ay ölkədə ərzaq məhsullarının qiymətləri 7.4%, geyimin qiymətləri 3.1%, mebel və məişət məmulatlarının qiymətləri isə 7.7% artıb. Ölkədə tibbi xidmət 0.5%, təhsil xidmətləri 0.7%, nəqliyyat və telekommunikasiya xidmətləri isə 2.1% bahalaşıb.

Yanvarda kommunal xidmətlərin qiyməti 14.9% artıb. Şəhərlərdə elektrik enerjisi və qaz qiymətləri müvafiq olaraq 20.2% və 35.2% yüksəlib. Nazirlikdən bildirilib ki, hökumətin fevral ayında istehlakçılar üçün kommunal ödənişlərin subsidiyalaşdırılması ilə bağlı qərarı ilə əlaqədar olaraq elektrik enerjisi və qazın qiymətində azalma gözlənilir.

2022-ci ilin ilk üç rübündə yapon yeni dollara nisbətdə təxminən 25% dəyər itirərək, son 32 ilin minimumunu yeniləyib. Dolların artımını cilovlamaq üçün Yaponiya hökuməti 20 ildən artıq müddətdə valyuta bazarına ilk müdaxiləni həyata keçirib. Yaponiyada istehlak qiymətləri dekabr ayında 0.3% artıb.

Son xəbərlər
Digər xəbərlər