9 C
Baku
Thursday, December 12, 2024

Yaponiyada maliyyə xidmətləri blockchain-ə köçürülür

Banker.az xəbər verir ki, Yaponiyanın IT-xidmətlər və cihazlar sahəsində nəhəng Fujitsu şirkəti ölkənin Bankirlər assosiasiyası (Japanese Bankers Association, JBA) ilə əməkdaşlıq edərək maliyyə xidmətlərinin blockchain platformaya köçürülməsinin effektivliyini sınaqdan keçirəcək.

JPA ödəniş sistemlərinin effektivliyinin qiymətləndirilməsi ilə məşğul olur və xidmətlərin təkmilləşdirilməsi üçün yeni texnologiyalardan necə istifadə edilməsi də daxil olmaqla müxtəlif suallar üzrə banklara məsləhətlər verir. Onun tərkibinə banklar, bank holdinq müəssisələri və kiçik bank assosiasiyaları daxildir.

Assosiasiya Fujitsu şirkəti ilə əməkdaşlıq çərçivəsində açıq mənbəli Hyperledger Fabric kodu əsasında blockchain platforma təqdim edəcək ki, JBA tərkibinə daxil olan ayrı-ayrı banklar daha sonradan onu sınaqdan keçirə və öz biznes proseslərinə tətbiq edə biləcəklər.

Bununla da, JBA üzvləri bütün dünya üzrə maliyyə xidmətləri üçün blockchain texnologiyasını sınaqdan keçirən artan bank sıralarına qoşulur.

Son xəbərlər
Digər xəbərlər