-1 C
Baku
Saturday, December 14, 2024

Yaponiyada “Meydzi islahatları”

Yaponiya 19-cu əsrin ortalarına qədər könüllü şəkildə xarici dünya üçün qapalı mövqedə idi və belə desək öz yağında qovrulurdu. Yaponiyada imperator bir növ kral idi. Samuraylar ölkəni idarə edir və bir-birilərinə qarşı müxtəlif qruplarda birləşirdilər.

19-cu əsrin ortalarında ABŞ və Britaniya diplomatiya yolu ilə Yaponiyanı “dünyaya açılmağa”, yəni qərb tacirlərinə lazımi müstəmləkə imtiyazlarını məcbur etdilər.

“Meydzi islahatları” da məhz bu dövrün hadisələri ilə üst-üstə düşür və inanılmaz uğur qazanır.

“Meydzi” əsrinin qısa xronikası:

  • 1868-ci il. İmperator Miçuxito bütün hakimiyyəti ələ keçirir və “Meydzi” (Ziyalı hökmdar) titulunu qazanır.
  • 1872-ci il. İcbari ibtidai təhsil qanunu qüvvəyə minir. Yaponlar təhsil almaq və təcrübə toplamaq üçün kütləvi şəkildə xarici ölkələrə üz tutur.
  • 1873-cü il. Təhkimçilik və köhnə kənd icmaları ləğv edilir və kəndlilərdən ibarət “yeni ağalar” yaradılır.
  • 1881-ci il. 12 oktyabr 1881-ci ilin imperator fərmanına əsasən ölkədə siyasi azadlıq yaradılır və 10 il ərzində parlament yaradılacağı bildirilir.
  • 1889-cu ildə Konstitusiya qəbul edilir, 2 palatalı parlament yaradılır.
  • 1890-cı il. İlk seçkilər. Bu seçkilərdə bir neçə ildən sonra İmperatorla ortaq dil tapan müxalifət qalib gəlir.
  • 1905-ci il. Yaponiya Rusiyaya qalib gəlir, cənubi saxalini ələ keçirir və Rusiyanı Mancuriyadan çıxarır.
Son xəbərlər
Digər xəbərlər