Qalmaqallar fonunda istefa verən Yaponiyanın inzibati işlər və kommunikasiyalar naziri Minoru Teradanın yerinə yeni təyinat olub.
Bu barədə hökumətdəki mənbələrə istinadən NHK telekanalı məlumat yayıb.
İnzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumoto olacaq. Matsumoto 2011-ci ilin martından sentyabr ayına qədər Xarici İşlər Naziri vəzifəsində çalışıb.