Yaponiyada qızılın qiyməti qlobal maliyyə bazarında qeyri-sabitlik səbəbindən bu aktivə artan investor marağı fonunda ardıcıl üçüncü gün tarixi maksimumunu yeniləyib.
Buna treyderlərin və hərracların məlumatları dəlalət edir.
Ölkənin ən böyük qiymətli metal istehsalçılarından və satıcılarından biri olan “Tanaka Kikinzoku” 1 qram qızılın pərakəndə satış qiymətini 9 785 iyen (indiki məzənnə ilə 71.92 dollar) müəyyən edib.
Bu əsnada Tokio əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti təxminən 8 840 iyen (64.98 dollar) təşkil edir.
Bu arada, ölkənin 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərindəki dalğalanmaları ölçən “Nikkei” indeksi 0.12 % artaraq 29 157 bənd olub. Dolların iyenaya nisbətdə məzənnəsi 0.38 % ucuzlaşaraq 1 dollar üçün 136.04-136.06 iyen təşkil edib.