Yaponiyanın gənc “Dirçəlişə doğru yol” partiyasının rəhbərliyi elan edib ki, onun yeni lideri süni intellekt olacaq.
Partiya daxili seçkiləri İT sahəsində təhsil alan 25 yaşlı magistrant Koki Okumura qazanıb. Yapon gənc bildirib ki, o, “robotun sağ əli” olacaq.
Süni intellekt partiya üzvləri arasında maliyyə və digər resursların bölgüsünə cavabdeh olacaq, lakin siyasi doktrinanı diktə etməyəcək.
“Dirçəlişə doğru yol” partiyası bu ilin yanvarında kiçik Akitakata şəhərinin keçmiş meri Sindzi İşimaru tərəfindən yaradılıb. Partiyanın siyasi platforması yoxdur, üzvlər öz proqramlarını sərbəst şəkildə formalaşdıra bilərlər.