Yaponiyadan Azərbaycana gətirilən dəniz duzu məhv edilib – yod normadan aşağı çıxıb

İdxal olunan dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, “PTP AZEL” MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyasından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Bununla əlaqədar, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, ümumi çəkisi 22,6 kq istehlaka yararsız məhsul məhv edilib.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər