Yaponiyada “Kasivadzaki-Kariva” Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti dayandırılıb.
TASS xəbər verir ki, bu barədə Yaponiyanın Atom Energetikasına Nəzarət üzrə Dövlət Komitəsi qərar qəbul edib.
Məlumata görə, stansiyada təhlükəsizliklə bağlı bəzi pozuntular aşkarlanıb. Belə ki, AES terrorçuların ehtimal olunan hücumundan kifayət qədər qorunmayıb. Stansiyanın sahibi “Tokyo Electric Power” energetika şirkətidir. O, “Kasivadzaki-Kariva” AES-in reaktorlarına nüvə yanacağı yükləyir.
Bildirilib ki, bu tədbir Yaponiya tarixində ilk dəfədir görülür. “Kasivadzaki-Kariva” ölkənin ən güclü Atom Elektrik Stansiyası sayılır.