15 C
Baku
Friday, March 29, 2024

5 iri avtomobil istehsalçısı avtonom avtomobillərin yaradılması üçün birləşib

Yaponiyanın “Monet” şirkəti (Toyota Motor və SoftBank birgə müəssisəsi) avtonom sistemlərin birgə hazırlanması məqsədilə ölkənin 5 iri (Mazda, Subaru, Suzuki, Isuzu və Daihatsu) avtomobil istehsalçısı ilə birləşib.
 
Əməkdaşlığın məqsədi sürücüsüz avtomobillər üçün texnologiyaların təkmilləşdirilməsi və yeni xidmətlərin hazırlanması olacaq.
 
“Toyota” artıq növbəti ildə Cənub-Şərqi Asiya bazarı üçün sürücüsüz avtomobilin baza versiyasını ərsəyə gətirməyə hazırlaşır. 2021-ci ilədək ilk avtonom minik avtomobilləri və avtobuslarının Yaponiyada istifadəyə veriləcəyi gözlənilir. Sürücüsüz nəqliyyat vasitələrinin “Toyota” şirkətinin 2018-ci ildə “CES” sərgisində nümayiş etdirdiyi “e-Palette” miniavtobusunun bazasında yaradılacağı ehtimal olunur.
 
Yaponiyanın nəhəng avtomobil istehsalçılarının birgə fəaliyyəti avtonom avtomobillər üçün həm proqram, həm də aparat təminatının hazırlanması üzərində işi nəzərdə tutur.  

©İctnews
 

Son xəbərlər
Digər xəbərlər