26 C
Baku
Friday, April 19, 2024

Yaponiyanın maliyyə qurumları səhmlərin kəskin enişi ilə bağlı fövqəladə məsləhətləşmə keçirəcək

Yaponiya Maliyyə Nazirliyi Tokio Fond Birjasında (TFB) səhmlərin kəskin enişi ilə bağlı Mərkəzi Bankla birlikdə fövqəladə məsləhətləşmə keçirmək barədə qərar qəbul edib.

Banker.az bildirir ki, bu addım qiymətli kağızlar bazarında yaranan vəziyyətlə bağlı hökumətin narahatlığını əks etdirir.

Dekabrın 20-də TFB-də Asiyanın ən böyük indeksi olan “Nikkey” son 15 ayın ən aşağı həddinə enib. Bu indeks bir gün əvvəlki göstərici ilə müqayisədə 2,84 faiz itirib. Bunun ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq barədə qərarından sonra baş verdiyi bildirilir ki, bu da öz növbəsində bazar oyunçularına təsir edib.

Nəticədə Nyu-Yorkadakı hərraclarda “Dow Jones” indeksi də son 13 ayın ən aşağı həddinə düşüb. Tokiodan əlavə, Şanxay və Honkonq da daxil olmaqla digər Asiya birjalarında səhmlərin məzənnəsinin kəskin endiyi qeyd olunur.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər