25 C
Baku
Monday, April 29, 2024

Yaponiyanın sabiq baş naziri sui-qəsd nəticəsində həyatını itirdi – Yenilənib

09:25

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe vəfat edib.

Banker.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi “Twitter”də bildirib.

“Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Şinzo Abe hücumçu tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın”, – nazir qeyd edib.

***

Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.

Bu barədə NHK agentliyi məlumat yayıb.

Bildirilib ki, Sindzo Abe xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.

Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.

Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər