Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini – Lalə Eyyubovanın saxlanılmsı barədə xəbər vermişdik.
İcra başçısının həbs olunan humanitar məsələlər üzrə müavini Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğma qardaşı nəvəsidir.
Onun hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirildiyi bildirilir.
Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.
baku.ws