10 C
Baku
Friday, December 13, 2024

Yarımillikdə 2,35 mln manat zərər edən “Ata Sığorta”nın öhdəlikləri də artıb

“Ata Sığorta” ASC ilin ilk 6 aını 2,35 mln. manatlıq zərərlə bitirib.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətnin 2018-ci ilin yarımilliyinə dair maliyyə hesabatında deyilir.

Hesabata görə, “Ata Sığorta”nın cəmi gəlirləri yanvar-iyun ayları ərzində  8,62 mln. manat təşkil edib. Xərcləri isə 10,97 mln. manat təşkil edib ki, bunun böyük əksəriyyəti, yəni, 6,1 mln manatı işlərin aparılmasına çəkilən xərclər olub. Beləliklə, ilin ilk yarımilliyini 2,35 mln. manat zərərlə işləməli olub. İlk iki rübdə edələn zərər keçmiş illərən qalmış bölüşdürülməmiş mənfəəti 4,11 mln manatdan 1,6 mln. manata yuvarladıb.

Cəmi aktivləri azalaraq 29,45 mln. manata düşüb, cəmi öhdəlilkləri isə əksinə artaraq 15,45 mln. manata çatıb.

“Ata Sığorta” yarımillikdə ərzində 42 nəfər işə götürdüyünü və cəmi 9 nəfər öz “staff”ından ayrıldığını bildirib. Bununlada 278 nəfər işçi heyətinə malik olması məlum olub.

Son xəbərlər
Digər xəbərlər