“Yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət forması sadələşdiriləcək. Hətta ola bilsin, bu məsələ günün sonuna qədər reallaşdırılsın”.
Bunu təhsil naziri İdris İsayev deyib.
O bildirib ki, notarial qaydada təsdiq edilən ərizənin nömrəsi və həmin şəxsin FİN kodunu sistemə daxil edərək onların da bu xidmətdən istifadə imkanları təmin ediləcək.