2019-cu ildə Biləsuvar rayonunda “Yaşıl Ada” aqroparkı istifadəyə veriəcək. Bu barədə Banker.az İnterfak-Azərbaycan-a istinadən bildirir.
“2019-cu ildə “Yaşıl Ada” aqroparkının birinci mərhələsinin istifadəyə verilməsi planlaşdırılır”, – “Aqropark Yaşıl Ada” MMC-nin icraçı direktoru Fərhad Bağırov məlumat verib.
Onun sözlərinə görə, aqroparkın əkin sahəsi 10,356 min hektar təşkil edəcək. O, həmçinin qeyd edib ki, “Aqropark Yaşıl Ada” MMC-yə İqtisadiyyat Nazirliyi tərəfindən 7 mln. manat dəyərində investisiya təşviqi sənədi verilib.
F.Bağırov məlumat verib ki, ilkin mərhələdə 1 min hektar ərazidə müasir suvarma – Pivot sistemləri quraşdırılacaq.
“Aqropark gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək”, MMC-nin icraçı direktoru qeyd edib.