“Yaşıl Dəhliz”-dən kimlər keçə bilər?

Yaşıl Dəhliz buraxılış sistemi – “Yaşıl Dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə qaydası məlum olub  FƏRMAN

 Daha əlverişli biznes mühiti “Yaşıl dəhliz”  buraxılış sistemi nəyə xidmət edir?
  1.  Daha sürətli sərhəd keçidi
  2.  Daha yüksək ixrac potensialı
  3.  Daha çevik və şəffaf gömrük nəzarəti
  4.  Qanunvericiliyə könüllü riayət

 

“Yaşıl dəhliz” buraxılış sisteminə buraxılış proseduru 3 pillədə:
  • Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayır
  • Dövlət Gömrük Komitəsi müraciəti 1 ay müddətində yoxlayır
  • Şəxsə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir
“Yaşıl dəhliz” buraxılış sistemi xarici ticarət iştirakçılarına hansı üstünlükləri verir?
Ümumi üstünlüklər:
  • Sərhəd buraxılış məntəqələrindən prioritet keçid
  • Gömrük xidmətlərindən istifadə zamanı prioritetlik
  • Mimimum fiziki yoxlamalar
  • Gömrük ekspertizasının prioritet qaydada aparılması
  • Gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması
  • Xarici ticarət üzrə təlimlərdə iştirak
Spesifik üstünlüklər:
  • İdxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması
  • Gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi