10 C
Baku
Friday, December 13, 2024

“Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır”

TƏBİB rəsmisi Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsinə aydınlıq gətirib.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada çıxışı zamanı bildirib ki, Azərbaycanda iyun ayından etibarən bu məsələlər müzakirə mövzusuna çevriləcək: “Ancaq vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizmi açmaq niyyətindədir.

Ancaq Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanlanların sağlamlığını təhlükə altına qoyur. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər