10 C
Baku
Wednesday, December 11, 2024

Yeddi illik dövlət istiqrazlarının gəlirliliyi yüksəldi

24 may 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0110002950 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün, yaxud 7 il tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə Banker.az BFB-yə istinadla xəbər verir.

Dövlət istiqrazlarının gəlirliliyi isə orta ölçüdə 7.57% təşkil edib, bu isə sonuncu dəfə 7 illik dövlət istiqrazları üzrə fevralda keçirilən hərracda 6.47% idi.

BFB-dən deyilir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 86.8990 (8.8914%) və 94.85 (7.2716%) manat olan 8 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.7006 (7.6924%), orta ölçülmüş qiyməti 93.3207 (7.5698%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,021,100 manat, yerləşdirilmiş həcmi isə 10,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 30 yanvar 2029-cu il.

Hərrac iştirakçıları 25 may 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər