25 C
Baku
Monday, April 29, 2024

Yekaterinburqdan Bakıya uçuşlar bərpa olunur

Rusiyanın “İrAero” aviaşirkəti iyulun 31-dən etibarən Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq.

Bu barədə Koltsovo hava limanının mətbuat xidməti məlumat yayıb.

Uçuşlar həftədə iki dəfə “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.

Yekaterinburqdan uçuşlar bazar günü saat 17:20-də, çərşənbə günləri isə yerli vaxtla saat 20:20-də planlaşdırılır. Bakıya çatma – müvafiq olaraq 19:20 və 22:20-də olacaq. Biletin qiyməti – 27 815 rubldan (817 manatdan) başlayır.

Qeyd olunur ki, 2021-ci ilin yekunlarına görə, Koltsovo hava limanı Azərbaycana uçan 12 mindən çox sərnişinə xidmət göstərib. Yekaterinburqla Bakı arasında birbaşa uçuşlar bu ilin martında dayandırılıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər