26 C
Baku
Wednesday, April 24, 2024

Yelizaveta qülləsi…

Westminster Abbatlığı qülləsində yerləşən böyük saatlar dünyanın ən böyük dördtərəfli saatları hesab edilir. Qüllənin hündürlüyü 96 metrdir və içərisində 334 pilləli dolayı pilləkən yerləşmişdir. Bu pilləkənlərdən keçərək məşhur Big-Ben saatının zənginin yerləşdiyi açıq məkana çıxmaq olar. Hər 1 saat tamam olduqda zəng çalınır və bu səs BBC radiosu vasitəsilə bütün ölkəyə yayılır. Məhz bu zəng öz adını saata və qülləyə verib. Bu zəng isə özlüyündə çox böyükdür: onun hündürlüyü 2 metrdir. Saatların ölçüləri də heyrət doğurur.

Onların dimateri 7 metr, əqrəblərin uzunluğu usə 2,7 və 4,2 metrdir.

Saat ser Edmund Bekett və kral astronomu Corc Eyri tərəfindən layihələndirilib. Saatın yaradılması prosesi isə saat ustası olan Edvard Con Dentə, daha sonradan isə onun oğlu Frederik Dentə həvalı edilmişdi. O da öz növbəsində işi 1854-cü ildə başa çatdırır.

12 sentybard 2012-ci ildə isə bütün dünyada məşhur olan Big Ben saat qülləsinin adı rəsmi olaraq Yelizaveta qülləsi adına dəyişdirilir. İngilislər üçün bu əhəmiyyətli hadisə Kraliçanın hakimiyyətinin 60 illiyinin tamamlanması şərəfinə həyata keçirildi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər