“Aktiv məşğulluq siyasəti ABŞ iqtisadiyyatını gücləndirə bilər”. “APA-Economics” xəbər verir ki, bunu Boston Federal Ehtiyyat Bankının təşkil etdiyi konfransda Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cant Yellen deyib.
Maraqlıdır ki, C. Yellen çıxışında uçot dərəcəsinin artırılmasına işarə etməyib: “Faiz artımı məsələsində iqtisadçıların fikirləri üst-üstə düşmür. Qlobal iqtisadi artımın zəifləməsi faiz dərəcələrinin aşağı səviyyədə qalmasına səbəb ola bilər. Bu durum gələcəkdə baş verə biləcək ressesiya ilə mübarizədə mərkəzi bankların işini çətinləşdirəcək. Bununla yanaşı,inflyasiya ilə bağlı gözləntilər özünü doğrultmayıb”.
Qeyd edək ki, FED-in növbəti toplantısı 1-2 noyabr tarixlərində keçiriləcək. Analitiklər hesab edir ki, ABŞ Mərkəzi Bankı bu toplantıda uçot dərəcəsini dəyişdirməyəcək. Bundan öncə FED rəsmiləri dəfələrlə bəyan edib ki, ilin sonunadək uçot dərəcəsi artırıla bilər. Onu da qeyd etməyə dəyər ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi uçot dərəcəsinin artırılacağı inandırıc görünmür.