6 C
Baku
Sunday, December 15, 2024

Yelo Bank avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir®

“Yelo Bank” ASC 4 iyun 2020-ci il tarixindən bankın avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair açıq tenderin keçirilməsini elan edir. 

Bank avtomobillər üçün bir il müddətinə servis xidmətləri təchizatçısının tapılmasında maraqlıdır.

Avtoparka daxildir: 

  • Hyundai Sonata (2007-ci il, 2014-cü il)
  • Hyundai Tucson IX – 35 (2014-cü il)
  • Hyundai Accent (2009-cu il)
  • Toyota Camry (2012-ci il)
  • Toyota Corolla (2014-cü il)
  • Chevrolet Niva (2014-cü il)
  • Nissan Sunny (2008-ci il)
  • Khazar (2019-cu il)

Müsabiqənin predmeti aşağıdakı lotlar üzrə müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir:

Lot №1 – xərcləmə materialları və ehtiyat hissələri üzrə alış:

  • Motor yağı 5W – 30,5W – 40, 10W – 40
  • АSQ, МSQ yağları
  • Filtrlər: hava, yağ, kondisioner, benzin
  • Antifriz
  • Ön, arxa əyləc qəlibləri (taxma)
  • Şüşəsilən fırçalar
  • Amortizatorlar
  • Qayışlar QRM
  • Maillik vtulkaları
  • Stabilizator rezinləri
  • Təkər topları
  • Alışma şamları
  • Ön kürələr
  • Akkumulyator
  • Radiator
  • Stabilizator linkləri

Lot №2 – xidmətlərin göstərilməsi:

  • Avtomobilin ümumi baxışı
  • Maillik – enmə
  • Təkərlərin tarazlaştırılması
  • Motor yağının dəyişdirilməsi
  • Amortizatorların dəyişdirilməsi
  • АSQ, МSQ yağlarının dəyişdirilməsi
  • Qəliblərin dəyişdirilməsi
  • Kompüter diaqnostikası

 

İcbaridir: İlkin baxış və yerində təmir işlərinin aparılması haqqında akt, qaimə, invoys, aparılmış iş haqqında akt.

Arzuolunandır: filial şəbəkəsinin olması və evakuator.

Qiymət: vergilər nəzərə alınmaqla son dəyər daxil olmalıdır.

Hesablaşma qaydası: təqdim edilmiş invoys üzrə hər ay ödəniş.

1.2.  Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı (lotlar üzrə ayrılıqda mümkündür) və 11 iyun 2020-ci il 18:00 qədər təklifi “Yelo Bank” ASC İdarə Heyəti sədrinin adına “Avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair kommersiya təklifi – AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi, 30) təqdim etməyinizi xahiş edirik.

1.3. 1.2-ci bənddə göstərilən üsuldan fərqli şəkildə təqdim edilən müsabiqə təkliflərinə baxılmır.

1.4. 1.1-ci bənddə göstərilən tələblərdən fərqli olan müsabiqə təkliflərinə baxılmır.

Son xəbərlər
Digər xəbərlər