9 C
Baku
Thursday, December 12, 2024

“Yelo Bank” böyüyür

“Yelo Bank” ASC 2023-cü ilin ilk yarısında aktivlərinin həcmini 3.1% artırmaqla 846.94 mln. manata qaldırıb.

Banker.az rüblük hesabatına istinadən xəbər verir ki, aktivlərinin 683.58 mln. manatı müştərilərə verilən kreditlər təşkil edib. Kredit portfeli ilk yarımildə 10% artıb.

Bank kreditlərindən istehlakı 11% artırmaqla 166.14 mln. manata, biznesi 12% artırmaqla 443.7 mln. manata, ipoteka kreditləri isə 3% azlaraq 73.73 mln. manata yüksəlib.

Bankın aktivlərinin 78.85 mln. manat (ilin əvvəli: 106.19 mln. manat) nağd vəsaitlər, 14.11 mln. manatı (36.75 mln. manat) ticarət qiymətli kağızlar, 24.41 mln. manatı (32.56 mln. manat) bank və digər maliyyə institutlarındakı depozitlər təşkil edib.

DEPOZİTLƏR BÖYÜYÜR

Bankın öhdəliklərinin həcmi ilk yarıda 2%-dən çox artaraq 760.9 mln. manata çatıb. Öhdəliklərdə əsas paya malik müştəri depozitləri 3% artaraq 591.66 mln. manat olub. Burada, 448.65 mln. manatı fiziki, 143.01 mln. manatı isə hüquqi şəxslərin depozitləridir.

“Yelo Bank” ilk yarını 52.52 mln. manat faiz və 5.05 mln. manat qeyri-faiz gəlirinə qarşı 8.72 mln. manat xalis mənfəət əldə edib. Bu xalis mənfəətdən sonra bankın balansındakı öncəki dövrlər üzrə zərər  309.01 mln. manatdan 300.29 mln. manata düşüb. Bankın səhm kapitalı 378 mln. manat olduğunu nəzərə alsaq, qeyd edilən yığılmış zərərdən sonra cəmi kapital 86.04 mln. manat olub.

b1 24234324234

Son xəbərlər
Digər xəbərlər