®Yelo Bank ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə yeni və iddialı bir kampaniyaya start verir. “Biznesinə xoş gələcək” adlı kampaniya çərçivəsində, ilk dəfə onlayn biznes hesabı açan fərdi sahibkarlar və hüquqi şəxslər geniş imtiyazlar paketi əldə edəcəklər.
12 may – 30 iyun tarixləri arasında keçərli olan kampaniyaya qoşulan müştərilər, hesab açdıqları gündən etibarən 3 ay müddətində aşağıdakı bank əməliyyatlarını tamamilə pulsuz (0% komissiya ilə) həyata keçirə bilərlər:
✔️ Milli valyutada ölkədaxili köçürmələr (həm adi, həm də təcili);
✔️ Hesabdan vəsaitlərin nağdlaşdırılması;
✔️ Əməkhaqqı layihəsi üzrə köçürmələr.
Üstəlik, kampaniyadan yararlanan bütün sahibkarlara 1 illik biznes kartı hədiyyə olunur.
Yelo Bank-ın rəqəmsal həlləri bununla bitmir. Biznes müştəriləri həmçinin onlayn hesab açılması, əməkhaqqı kartlarının sifarişi və smartfonu POS-terminala çevirən Mobil POS xidmətinə qoşulma kimi imkanlardan da ödənişsiz faydalana bilərlər.
Yelo Bank-ın məqsədi sahibkarlara yalnız ilk addımlarında deyil, bizneslərinin hər bir inkişaf mərhələsində etibarlı və innovativ tərəfdaş olmaqdır. Bu kampaniya gələcəkdə Bank ilə daha böyük və davamlı əməkdaşlığın ilk parlaq səhifəsidir.
Kampaniyaya qoşulmaq istəyən fərdi sahibkarlar Yelo Business App, hüquqi şəxslər isə Yelo İnternet Bankçılıq platforması üzərindən ilk onlayn biznes hesablarını açaraq bu fürsətə sahib ola bilərlər.
Qeyd: Komissiyasız əməliyyat üstünlüyü kampaniya çərçivəsində cəmi 100 000 AZN-dək dövriyyə məbləği üçün keçərlidir. Yelo Bank real sektorun ehtiyaclarını dərindən analiz edərək, sahibkarların gündəlik fəaliyyətini asanlaşdıran və xərclərinə qənaət edən innovativ layihələrini davam etdirəcək.
Daha ətraflı məlumat: Yelo İnternet Bankçılıq – https://ylb.az/ibank; Yelo Business App – https://ylb.az/businessapp.
Sərfəli şərtlərlə aqro kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!






